METBUAT.AZ

Gündəm

"Erməni sakinlər siyasi avantüranın girovu kimi saxlanılır" -

18 sen 2023 17:54

Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi qızışdırmaq üçün alət və vasitələri qoruyub saxlamaqdır. Sıravi sakinlər isə bu siyasi avantüranın girovu kimi saxlanılır.

Metbuat.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfinin yolların açılmasına davamlı etirazı yalnız siyasi xarakter daşıyır və hər hansı “humanitar böhran” məsələsilə heç bir əlaqəsi yoxdur.


metbuat.az.