METBUAT.AZ

Region

Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmək istəyən

24 sen 2023 16:49

Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirilməsinə hazırlaşmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Səlibçilər” hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.

Saxlanılan 8 nəfərin adı açıqlanmır. Onların hansı silahdan istifadə edəcəkləri göstərilməsə də, bəyanatla birlikdə yayımlanan videoda tapança, ov tüfəngi, zirehli gödəkcə və ratsiya da görünür.


metbuat.az.