23 sen 2023 23:02
Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan ən güclü qərbyönlü lobbi mövcuddur.
Metbuat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrindəki çıxışında bildirib.
“Keçmiş Sovet İttifaqının bir sıra digər ölkələrində olduğu kimi, Ermənistanda da qeyri-hökumət təşkilatlarının bir təbəqəsi ilə təmsil olunan, o cümlədən bir çox Qərb fondları vasitəsilə ABŞ-nin maraqlarını təbliğ edən güclü lobbi var. Bu işdə kimin maraqlı olduğunu və kimin rəhbərlik etdiyini bilirik", - nazir əlavə edib.
Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi qərbyönlü lobbi tərəfindən süni şəkildə qaldırılır.