8 sen 2023 11:40
Ermənistanın Rusiyanın bəzi xadimlərini ölkəyə buraxmaması ölkələr arasında qarşılıqlı əlaqələrə ziyan vurur.
Metbuat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən “Rusiya-Ermənistan media forumu”nun iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
Zaxarova qeyd edib ki, erməni xalqının üzləşdiyi bütün bəlalara görə Rusiyanı ittiham etməklə erməni və rus xalqları arasında düşmənçilik və nifrət yaratmaq cəhdləri qəbuledilməzdir.
"Moskva və İrəvan onilliklər ərzində məhsuldar şəkildə əməkdaşlıq edib. Biz ən çətin anlarda qardaş erməni xalqına kömək etmişik. Rusiya Prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü sayəsində 2020-ci ildə müharibə dayandırıldı. Rusiya Prezidenti bütün səylərini göstərdi ki, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalansın və bu, Bakı ilə İrəvan arasında sülhə nail olmaq və münasibətləri normallaşdırmaq istiqamətində görüləcək işlər üçün möhkəm bünövrə oldu", - deyə Zaxarova bildirib.