METBUAT.AZ

Region

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma baş verməyəcək -

13 sen 2023 15:02

İran hesab edir ki, Ermənistanla Azərbaycan arasında yaxın gələcəkdə hərbi qarşıdurma baş verməyəcək.

Metbuat.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmmədrza Aştiyani deyib.

“Biz Qafqazda müharibə olmayacağına inanırıq və bu məsələdə İranın mövqeyini açıq şəkildə bəyan etmişik. Biz dövlətlərarası sərhədlərin dəyişdirilməsini qəbul etmirik, yaxın gələcəkdə regionda ciddi heç nə baş verməyəcəyinə inanırıq”, - nazir qeyd edib.


metbuat.az.