23 sen 2023 10:57
Astroloqlar bürclərin müsbət və mənfi xüsusiyyətləri ilə onların zəka səviyyəsi arasında əlaqə tapıblar.
Metbuat.az yüksək IQ səviyyəsinə malik bürclər haqqında məlumatı təqdim edir.
Dolçalar, demək olar ki, hər şeyi intellektual zehni ilə süzməyə meyllidirlər. Onlar balanslı, yaradıcı və soyuqqanlı olmaları ilə tanınırlar. Həyatları plan üzərində qurulub. Dolçalar geniş fikirlidirlər və özlərindən başqa mənbələrdən gələn fikir və anlayışları qəbul edirlər.
Qız bürcləri həll oluna bilməyən hər şeyi düzəltməyi sevirlər. Beyinləri itidir. Ümumiyyətlə, bu bürcün anlaya bilməyəcəyi az şeylər var.
Oğlaqların ağıllı qərarlar qəbul etmələrinə kömək edən metodik, dəqiq və yüksək strukturlaşdırılmış düşüncə tərzi var. Zəka səviyyəsi yüksək olan Oğlaqlar beyinlərini yaxşı istifadə etmək qabiliyyətinə malikdirlər. Heç vaxt təslim olmayan Öğlaqlar səhv edəndə ondan dərs alır və yeni seçimlərinə uyğunlaşırlar. Məntiqli və dəqiq xarakterə sahib olan oğlaqlar əllərini atdığı hər işdə uğurlu olurlar.
Əqrəbi zehni gücü, qavrayış zəkası və intensivliyi səbəbindən aldatmaq demək olar ki, mümkün deyil. Onların hisslərindən aldıqları məlumatlardan istifadə etmək bacarığı var. Əgər siz onların zəhərini, qisas instiktini dadmaq istəmirsinizsə Əqrəb bürcündən olan heç kəsi aldatmayın.
Əkizlər bürcünün söhbətinə qulaq asan hər kəs onların zəkasının gücünü anlaya bilər. Bürclər aləminin ən sürətli düşünənləri olan Əkizlər bilik əldə etmək və yaymaq üçün xüsusi qabiliyyətə malikdirlər. Onların inkişaf etmiş yumor hissi var ki, bu da dahiliyin başqa bir əlamətidir. Əkizlər bürcü təsirli düşünmə və şifahi bacarıqlara malikdirlər. Kifayət qədər asanlıqla yeni dostlar qazanırlar. Eyni vaxtda bir çox işlə məşğul ola bilirlər. Bunda da çox vaxt uğur qazanırlar.
Balıqlar super yüksək intellektə və yaradıcılığa malikdirlər, lakin bəzən öz təxəyyüllərinə qapıla bilirlər. Onların boğulacaq qədər çox fikirləri olur. Bu bürcün nümayəndələri başqalarının yaşadıqlarına qarşı həssas olurlar - sanki başqasının nə düşündüyünü və ya hiss etdiyini hiss edirlər. Onlar emosional görünsələr də olduqca ağıllı olurlar.Əgər Balıq dostunuz varsa bilin ki, o sizə həm yaxşı yol yoldaşı, həm də məsləhət verən, qayğınıza qalan biri olacaqdır.
Aidə / Metbuat.az