13 sen 2023 09:12
Türkiyənin təcrübəli məşqçisi Fatih Terim yenidən futbola qayıdır.
Metbuat.az xəbər verir ki, Fatih Terimin “Başakşəhər”in baş məşqçisi təyin olunacağı deyilir. Türkiyə mediasının məlumatına görə, Fatih Terim “Başakşəhər”in baş məşqçisi olmağa razılıq verib. Bildirilir ki, tərəflər bir illik müqavilə bağlamaq üçün razılığa gəlib. Məlumata görə, əvvəlcə “Başakşəhər”in baş məşqçisi postuna Abdullah Avcının gətiriləcəyi irəli sürülüb. Lakin Abdullah Avcının Türkiyə millisini çalışdırmaq istədiyi qeyd edilib. Bundan sonra “Başakşəhər” üçün ideal namizəd kimi Fatih Terim irəli çıxıb.
Qeyd edək ki, Fatih Terim “Qalatasaray”dan sonra heç bir klubda məşqçi işləməyib. “Başakşəhər” uğursuz oyunlara görə Emre Belözoğlunu postundan ayrıldığını açıqlamışdı.