4 sen 2023 16:33
2023-cü il avqustun 30-u “Bakı Fond Birjası” QSC-nin səhmdarlarınının növbədənkənar iclası keçirilib.
Metbuat.az xəbər verir ki, iclasın qərarına əsasən cənab Fərid Axundov Bakı Fond Birjasının Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, cənab Fərid Axundov daha öncə ölkəmizin qabaqcıl maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışmışıb və bu sahədə olduqca zəngin təcrübəyə malikdir.