METBUAT.AZ

Ölkə

FHN “Port Baku Tower 2” biznes mərkəzində yanğın-taktiki təlim keçirib -

2 sen 2023 14:24

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən “Port Baku Tower 2” biznes mərkəzində “İnzibati binalarda baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.

FHN-dən Mettbuat.az-a verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin ərazi yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


metbuat.az.