METBUAT.AZ

Siyasət

G77+Çin Sammitində Ermənistanın təcavüzkar separatizmi dəstəklədiyi barədə

16 sen 2023 13:08

Beynəlxalq ictimaiyyət təcavüzkar separatizmə qarşı öz səsini ucaltmalı və belə qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidir. Sülh, firavanlıq və davamlı inkişafa can atan müasir dünyada separatizmə dözmək olmaz.

Metbuat.az xəbər verir ki, bunu Kuba Respublikasında keçirilən G77+Çin Sammitinin ümumi müzakirələrində çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanın regionda vəziyyəti gərginləşdirmək istiqamətində atdığı addımlar barədə danışarkən deyib.

Bu gün Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla normallaşma prosesi və sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyini bildirən Milli Məclisin sədri, bunun regionda uzunmüddətli sülh və sabitliyə nail olmağın yeganə yolu olduğunu qeyd edib. Spiker diqqətə çatdırıb ki, ölkəmizin proseslərə səmimi yanaşması, sadiqlik nümayiş etdirməsi fonunda Ermənistan əvvəllər əldə edilmiş razılaşmaları pozur, Azərbaycan ərazilərində separatizmi dəstəkləməklə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını davam etdirir. Bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni qurumun keçirdiyi qondarma “prezident seçkiləri” Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə aşkar şəkildə pozulması idi.


metbuat.az.