4 sen 2023 16:44
Gecə klublarının ərəbəsilli aparıcısı Basem Darviş Fəhminin bir müddət əvvəl həbs olunduğu iddia edilib.
Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, onun həbsinə səbəb qadın alveri ilə məşğul olması, gecə klublarını qanunsuz işlətməsi və ailəsinə qarşı amansız davranmasıdır.
Metbuat.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, III dərəcəli miqrasiya xidməti qulluqçusu Natəvan Bayramova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Basem Darviş Fəhmi adlı şəxs Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində saxlanılmır.