METBUAT.AZ

Ölkə

Geomaqnit qasırğası olacaq

11 sen 2023 15:05

Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 12-13 sentyabrda aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Bu barədə Metbuat.az-a Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, geomaqnit sahəsi sentyabrın 5-də Günəşdə Yerdən əks istiqamətdə baş vermiş TKA-sı nəticəsində şok dalğasının təsiri ilə G1 səviyyəsinə qədər yüksələrək zəif geomaqnit qasırğası baş verib.

Kosmik hava proqnozuna görə, proqnoz günlərində (11 sentyabr - 17 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Günəş küləyi sürətinin 12-13 sentyabrda TKA-nın və müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.


metbuat.az.