1 sen 2023 13:07
Xəbər verdiyimiz kimi, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Son günlər Qarabağdakı separatçıların təxribata cəhd addımlarını, eyni zamanda sülh müqaviləsinə gedən yolda yaratdıqları maneələrin səbəbləri barədə Metbuat.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli xatırlatdı ki, istər Çar Rusiyası, istər Sovet dönəmində, istər də, 1988-ci ildən bəri başlayan münaqişə dövründə ermənilər heç vaxtı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər:
“Bir qrup ekspert 2020-ci ildə 44günlük Vətən müharibəsindən sonra düşünürdü ki, ermənilər nəhayət üzərinə götürdükləri öhdəlikləri reallığı başa düşərək yerinə yetirəcəklər. Bu ümidlər Ağdam, Kəlbəcər, Laçın rayonları azad edildikdən sonra yaranmağa başlamışdı. Xüsusən həmin dönəmdə Ermənistan baş nazir açıqlama verdi ki, onlar sülh müqaviləsinə hazırdırlar, regionda sülh olmalıdır. Bir müddət atəşkəsə əməl etsələrdə də, daha sonra dəfələrlə atəşkəsi pozub müxtəlif bəhanələr irəli sürdülər. Həmin vaxtlarda Ermənistan hakimiyyəti həmin şəxsləri cəzalandırıb Azərbaycana təhvil vermədi.Daha sonra təxribatlar iri miqyas alanda Ermənistan rəhbərliyi ordusunda beşinci kolonun nümayəndələri olduğunu etiraflarını edərək, Rusiyaya bağlı generalların sülhün əldə edilməsində mane olduğu fikirlərini meydana atdı. Amma maraqlı məqam odur ki,bu təxribatlar davam edərək, həmin generalların nə adı çəkildi, nə də cəzalandırıldılar. Bölgədə həm İran, həm Rusiya, həm Fransa, həm digər Qərb dövlətlərinin marağının olması nəticəsində Ermənistana müxtəlif formada təsirlər edilir. Ermənistan hakimiyyəti isə, xülyalardan əl çəkib, reallığı qəbul edə bilmirlər”.
Azərbaycanın həm hərb cəbhəsində, həm də diplomatik masada qələbə əldə etdiyini vurğulayan Emin Həsənli bildirdi ki, artıq Azərbaycan xaldıqnda ermənilərə qarşı inam yoxdur və böyük əksəriyyət haqlı olaraq düşünür ki, Qarabağda antiterror əməliyyatları həyata keçrilməlidir:
“Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sonuncu dəfə Birləşmiş Millətlər Təşkilatında müzakirə də bunu göstərdi. O Fransadan gələn nümayəndə heyəti Xankəndi ermənilərinin vəziyyətini Qarabağda “hümanitar böhran” adlandırırılar.Bəs onlar niyə 30 il ərzində bağlı qalan, heç bir dəmiryolu, avtomobil yolu olmayan Naxçıvan barədə danışmırlar? Onlar indiki separatçıların Qarabağda soyqırım terror törətdiklərini bilmirlərmi? Bütün Qarabağı işğal edib, əraziləri, bütün tarixi abidələri, evləri, məzarlıqları, hər bir şeyi dağıtdıqlarını çox yaxşı bilirlər. Dünyanın heç bir ölkəsində heç bir millət ərazisində nəzarətsiz bölgənin qalmasına və ya orada 15000 quldur dəstəsinin hərəkət etməsinərazı olmaz.Vaxtında o terrorçu dəstə Xocalıda, Meşəlidə,Qaradağlıda soyqırım, işğal faktı həyata keçirdi. İkinci Qarabağ müharibəsi vaxtı Gəncədə, Bərdədə mülki əhalinin üzərinə raketlər atdı. Ona görə də xalqımız düşünür ki, Qarabağda əməliyyat həyata keçirilməlidir”.
Azərbaycan dövləti məqsədyönlü siyasət həyata keçirdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin nəyi nə zaman edəcəyini yaxşı bildiyini qeyd edən eksperthesab edir ki, zamanı gələndə Prezident, xalq, Ordu bu prosesdə son nöqtəni qoyacaqdır:
“Bir vaxtlar deyirdilər ki, Qarabağın açarı başqa başqa böyük ölkələrin paytaxtındadır. Ancaq bu gün separatçılar da Ermənistan da, Rusiya da, Fransa da -bütün dünya bilməlidir ki, Qarabağın bir açarı var, o da Bakıdadır, Azərbaycandadır. Qarabağın taleyi, Azərbaycan dövlətinin atdığı siyasətdən asılıdır. Dövlətimiz həmişə beynəlxalq hüquqa, humanizmə, ədalətə doğru addımlar atıb. Son iki yük maşını 40 tonluq unun göndərilməsi, Laçında müasir yolun çəkilməsi, Ermənistanla Qarabağ arasında alternativ yol çəkilişi bu addımların təsdiqidir. Separatçıların iki yolu var: Ya Azərbaycan qanunlarına tabe olub yaşamaq, ya da ki, çıxıb getmək. Burada üçüncü bir alternativ yol yoxdur. Bu təxribatlarda davam edərsə, Ermənistanın başına daha ağır dəmir yumruq dəyəcək. Ermənistana elə bir bəlaya düçar olacaq ki, mövcudluğu sual altına düşəcək”,- deyə Emin Həsənli qeyd edib.
Gülbəniz Hüseynli / Metbuat.az