5 sen 2023 22:12
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib.
DYP-dən verilən məlumata görə, qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşları Gürcüstan DİN-in Patrul Polis Departamentinin barələrində tətbiq etdiyi inzibati cərimələri elektron xidmətlər vasitəsilə ödəyə biləcəklər.
“Bu məqsədlə Gürcüstan DİN-in rəsmi internet saytı olan https://videos.police.ge/, eləcə də real vaxt rejimində (onlayn) ödəmə imkanı verən https://police.ge/protocol/index.php vebsəhifələrində identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilmiş inzibati tənbeh tədbirləri haqqında məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər”, - məlumatda qeyd olunur.