METBUAT.AZ

Hadisə

Hamilə qadın xəstəxanaya aparılırmış -

18 sen 2023 21:58

Sabirabadda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Həziyeva Dilarə Alməhəmməd qızı hamilə olduğundan təcili yardım maşını ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilərkən qəza baş verib.

Nəticədə İmişli rayon sakinləri, təcili yardım stansiyasının tibb bacısı, 1964-cü il təvəllüdlü Abdullayeva Aidə Nizami qızı, 1980-ci il təvəllüdlü Vəliyeva Aynur Hüseyn qızı, “VAZ-21011” markalı avtomobilin sürücüsü, Sabirabad şəhər sakini, 1969-cu il təvəllüdlü Cəfərov Muxtar Cəfər oğlu və onun həmyerlisi 1987-ci il təvəllüdlü Vəliyeva Ceyhunə Baloğlan qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yüngül xəsarət alan hamilə qadın D.Həziyeva isə doğum şöbəsinə qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.