METBUAT.AZ

Ölkə

Hava kəskin pisləşir:

17 sen 2023 00:53

Sentyabrın 17-si günorta saatlarından başlayaraq ayın 19-na qədər Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir.

Metbuat.az xəbər verir ki, xəbəri Ekologiya Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yayıb.

Qeyd edilən dövrdə Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s-dək, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntılar intensiv olacaq.

Ölkənin rayonlarında da yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Qərb küləyinin gücü 25-30 m/s-yə çatacaq.

Böyük və Kiçik Qafqazın dağ çaylarında daşqın və sel gözlənilir.


metbuat.az.