METBUAT.AZ

İdman

Hazard Türkiyənin bu klubunu seçdi

8 sen 2023 16:14

Menecerlər tərəfindən əvvəlcə “Trabzonspor”a, sonra isə “Beşiktaş”a tövsiyə edilən Eden Hazard üçün dünyanın müxtəlif yerlərindən təkliflər gəlməyə davam edir.

Metbuat.az xəbər verir ki, yayı məşq etmədən keçirməsi belçikalı futbolçunun karyerasını bitirəcəyi ilə bağlı iddiaların səslənməsinə səbəb olub. Məlumata görə, Braziliyanın “Santos” klubu Eden Hazarda təklif irəli sürüb. Bildirilir ki, ikinci liqaya düşmək üzrə olan “Santos” heyətini gücləndirməyə çalışır. “Foot Mercato”nun məlumatına görə, Hazard “Santos”un təklifini rədd edib.

Hazardın Avropada qalmaq üçün Türkiyədən gələn təklifi dəyərləndirmək istədiyi iddia edilib.


metbuat.az.