METBUAT.AZ

Gündəm

Hərbi obyektlər mülki əhalinin yaşadığı yerə

20 sen 2023 17:34

Mülki əhaliyə zərər gəlmədi, amma gələn məlumatlar təkrar yoxlanır, çox minimal zərərlər olmuş ola bilər.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, antiterror tədbirləri SMS vasitəsilə Qarabağ sakinlərinə xəbərdarlıq formasında göndərilmişdi:

“Məqsəd mülki əhalini hərbi obyektlərdən uzaq tutmaq idi. Görünən o oldu ki, hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilməyə başlanıldı. Biz isə mülki əhaliyə hörmət olaraq, həmin ərazilərə zərbələr endirilmirdi”.


metbuat.az.