12 sen 2023 09:14
"Həyat yoldaşımın Ukraynaya səfərini siyasiləşdirmək olmaz. Bu məsələ həddən artıq siyasiləşdirilib".
Metbuat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfərinin hazırkı proseslərlə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Birinci Xanımlar və Cənablar Sammitində iştirak etmək üçün Kiyevə səfər edib.