5 sen 2023 22:31
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki Səfirliyi X sosial şəbəkəsində bildirib.
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.