5 sen 2023 15:34
Hindistanın adı dəyişdirilə bilər.
Metbuat.az bildirir ki, bu barədə "India Today" nəşri yazıb. Məlumata görə, ölkə bundan sonra "Bharat" olaraq adlandırıla bilər. Bu, Hindistanın yerli dildə istifadə edilən adıdır.
Bununla bağlı sentyabrda ölkə parlamentində müzakirə aparılacaq.