METBUAT.AZ

Dünya

Hindistanın adı dəyişdirilir? -

6 sen 2023 11:34

Hindistan XİN ölkənin adı dəyişirilməsi barədə yayılan iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, xarici işlər naziri Subramanyam Cayşankar yerli Asian News International (ANI) xəbər agentliyinə müsahibəsində bildirib ki, i G20 sammitinə dəvətnaməsində ölkənin hakimiyyət orqanları dövlətin konstitusiyada öz əksini tapmış adından istifadə edib:

“Ölkənin adında Hindistan əvəzinə Bharat sözünü işlədilməsi konstitusiyada öz əksini tapıb. Buyurun, siz özünüz konstitusiyaya baxıb bunun şahidi ola bilərsiniz”, - deyə XİN rəhbəri əlavə edib.

Qeyd edək ki G20 sammitinə dəvətnamələrdə Hindistanın “Bharat” kimi qeyd olunub.


metbuat.az.