6 sen 2023 16:11
Xəbər verdiyimiz kimi, xarici aşağıbüdcəli aviaşirkətlərin sırasına Gürcüstanın “Georgian Wings” aviadaşıyıcısı da əlavə olunur. Artıq bu gündən həftədə 3 dəfə uçuş. Yaxın zamanda “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirilməyə başlayacaq. Bu da ucuz gəliş-gedişə imkan yaradacaq.
Metbuat.az xəbər verir ki, deputat Razi Nurullayev bu məsələyə münasibət bildirib:
"AZAL rəhbəri gedən kimi birdən-birə bu qədər imkanlar? Deməyə söz tapmıram. Deməyə söz var, sadəcə hisslərimi cilovlaya bilməsəm başım bərk ağrıyacaq. Baş ağrısı da pis şeydir, gərək tez "nemesil" içəsən. Onu da içə bilmirəm. Nə isə".
Qeyd edək ki, sentyabrın 1-də Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.