21 sen 2023 14:42
Futbolçu karyerasını ötən il yekunlaşdıran Zlatan İbrahimoviç keçmiş klubu "Milan"ın məşqində görüntülənib.
Metbuat.az xəbər verir ki, İbrahimoviç "İnter" derbisində 5:1 məğlubiyyətdən sonra “Milan”ın düşərgəsinə gedib. Məlumata görə, “Milan”ın məşqində Zlatan İbrahimoviç də iştirak edib. İbrahimoviç komandanın əhval-ruhiyyəsini artırmaq üçün məşqə gəlib.
Qeyd edək ki, 41 yaşlı Zlatan İbrahimoviç futbolçu karyerasını ötən il Milanda başa vurub və burada iki dəfə Seriya A çempionu olub. “Milan” “İnter”ə məğlubiyyətdən sonra Çempionlar Liqasında "Nyukasl Yunayted"lə oyunda da qələbə qazana bilməyib. Oyun 0-0 hesabı ilə yekunlaşıb.