28 sen 2023 15:42
Bütün diqqətlər Krım və onun ətrafına yönələrkən, “Vaqner” qrupunun fəaliyyət göstərdiyi Malidə Sovet istehsalı olan İl-76 təyyarəsinin partlaması diqqət çəkib.
Metbuat.az xəbər verir ki, uçuş zolağından havaya qalxarkən ətrafı tüstü ilə əhatələnən təyyarə partlayıb. Ölənlərin sayı hələ məlum olmasa da, göyərtədə 140-a yaxın sərnişinin olduğu güman edilir. “Vaqner” tərəfdarı olan mənbələr yazır ki, muzdlu dəstənin Malidə aktiv olmasına baxmayaraq, muzdluların bu hadisə ilə əlaqəsi yoxdur. “Vaqner”ə yaxın “Grey Zone” teleqram kanalının məlumatına görə, təyyarə Mali ordusunun nəzarətində olub.
Təyyarədə “Vaqner” muzdlularının olmadığı bildirilib.