METBUAT.AZ

Dünya

İki saatda bu əraziyə 61 min ildırım düşdü

6 sen 2023 17:05

Hindistanın Odişa ştatında güclü yağışlar zamanı ildırım vurması nəticəsində 12 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, 2 saat ərzində əyalətdə 61 min ildırım düşüb. İldırım vurması nəticəsində 14 nəfər xəsarət alıb. Dövlət rəsmiləri əlverişsiz hava şəraiti ilə bağlı rayon əhalisini xəbərdar edib. Yerli dairələr təbii fəlakətlə bağlı əyalətə əlavə yardım briqadaları göndərib.


metbuat.az.