METBUAT.AZ

Ölkə

İki uşaq atasının faciəvi şəkildə ölməsinə səbəb balıq imiş -

5 sen 2023 20:26

Xəbər verdiyimiz kimi, ötən gün Ağdaşda 28 yaşlı Daşqın Bəxtiyarov Şirvan su kanalında batıb.

Metbuat.az sfera.az-a istinadən xəbər verir ki, hadisə Daşqının balıq tutuduğu an baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, onun suda batmasına tutduğu balıq səbəb olub. Belə ki, o, tutduğu balığı əlindən buraxıb və onu saxlamağa çalışdığı an suya yıxılıb. Nəticədə suda boğularaq ölüb.

Məlumata görə, Goranboy rayon sakini 2 uşaq atası imiş.


metbuat.az.