2 sen 2023 14:49
Amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində (keçmiş Twitter) amerikalı yazıçı Maykl Şellenberqerin fikirləri ilə razılaşdığını bildirib.
Metbuat.az xəbər verir ki, bir müddət əvvəl M. Şellenberq yazmışdı ki, ABŞ prezidenti Co Bayden ölkənin demokratik sisteminin legitimliyini məhv edir.
İlon Mask bu fikrə münasibət bildirərək "Düzdür" deyə şərh yazıb.
Qeyd edək ki, Şelenberq X sosial şəbəkəsində qeyd etmişdi ki, ABŞ Ədliyyə Nazirliyi Ağ Evin rəhbəri Hanter Baydenin oğlunun mühakimə olunmasına fəal şəkildə mane olur, prezidentin özü isə rəqibi Donald Trampı dəmir barmaqlıqlar arxasına qoymağa çalışır.