METBUAT.AZ

Ölkə

İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat

1 sen 2023 15:55

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 17-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan vermək istəyən namizədlərin qeydiyyatı sentyabrın 14-ü saat 11:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 18 (AB - 3, AC - 15) namizəd qeydiyyatdan keçib.

İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq olar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.


metbuat.az.