METBUAT.AZ

Siyasət

İranın Baş prokuroru

14 sen 2023 11:45

İranın Baş prokuroru Azərbaycana gəlib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, İranın Baş prokuroru Məhəmməd Mohadi Azad İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclasında iştirak etmək üçün Azərbaycana səfər edib. Bu, İran Baş prokurorunun vəzifəyə təyin olunduqdan sonra ilk xarici səfəridir.

Səfər çərçivəsində Mohadi İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclasında iştirak edəcək. Qeyd edilib ki, Mohadi Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə, eyni zamanda, Rusiya və Türkiyədən olan həmkarları ilə də görüşüb müzakirələr aparacaq.


metbuat.az.