19 sen 2023 18:11
İrəvanın mərkəzində aksiya keçirilir.
Metbuat.az bildirir ki, insanlar küçələrə axın edərək "Satqın Nikol" şüarları ilə baş nazir Nikol Paşinyanı istefaya səsləyirlər.
Respublika meydanında toplaşan azsaylı kütlə Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı Ermənistana hakimiyyətinə etiraz ediblər.
Onlar Nikol Paşinyan hakimiyyətinin istefa verməsini tələb edərək hökumət binasına daxil olmağa cəhd göstəriblər. Bu zaman etirazçılarla polis arasında toqquşma olub.