25 sen 2023 12:45
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində iştirak etmək istəyən şəxslərin qeydiyyatdan keçərkən “İş məlumatları” bölməsində dərs yükünə dair tələb olunan arayışın müvafiq xanaya düzgün formada yükləməsi vacibdir.
Bu barədə Metbuat.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak edən namizədlər nümunədə tələb olunan arayış formasını təqdim etməlidirlər.