METBUAT.AZ

Ölkə

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət

8 sen 2023 09:53

Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Metbuat.az-a verilən məlumata görə, dərhal əraziyə AAYDA tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb.

Hazırda yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılır.

Artıq yolun 15.8-ci km-lik hissəsində yol təmizlənərək hərəkət bərpa olunub.


metbuat.az.