18 sen 2023 13:36
"Bu, prezident administrasiyasının məsələsi deyil".
Metbuat.az bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Peskov deyib ki, Çeçenistan rəhbəri ötən həftə Vladimir Putinlə də görüşməyib.
Qeyd edək ki, Rusiyanın teleqram kanalları Kadırovun səhhətinin pisləşdiyi, hazırda Mərkəzi Klinik xəstəxanada kəskin böyrək çatışmazlığından komaya düşməsi ilə bağlı məlumatlar yayıb.