22 sen 2023 16:02
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Metbuat.az xəbər verir ki, görüşdə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib.
Bildirilib ki, Ermənistan-Azərbaycan arasında şərti sərhəddəki vəziyyətə də toxunulub.
Qeyd edək ki, Toivo Klaarın Azərbaycana da səfəri gözlənilir.