28 sen 2023 10:45
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb.
Mərkəzi Klinikadan Metbuat.az-a bildirilib ki, onun müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
"Aparılan kompleks müalicəyə baxmayaraq ümumi vəziyyəti ağır olaraq qalır", - klinikadan qeyd olunub.
Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. O, süni tənəffüs aparatına qoşulub.