METBUAT.AZ

Dünya

Lavrov G20 sammitində iştirak etmək üçün Nyu-Dehliyə gedib

8 sen 2023 16:13

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Böyük iyirmilik" (G20) sammitində iştirak etmək üçün Hindistana gedib.

Metbuat.az xəbər verir ki, Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə G20-də Rusiya nümayəndə heyətinə rəhbərlik edir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, nazirin iki plenar iclasında çıxışı planlaşdırılır.

Diplomat qeyd edib ki, Rusiya tərəfi "G20-nin bütün digər üzvlərinin, xüsusən də qərb perimetrindən eyni qarşılıqlı yanaşmaya" ümid edir və BRİKS ölkələrinin dəstəyi ilə G20 qrupunun geniş spektrli dost tərəfdaş ölkələri ilə birlikdə "bununla bağlı istənilən zərərli proseslərə fəal şəkildə qarşı çıxacaq"


metbuat.az.