26 sen 2023 10:23
İsveçin təhlükəsizliyinə heç bir təhlükə yoxdur və buna görə də NATO-ya üzvlüyün təsdiqlənməsi üçün tələsməyə ehtiyac yoxdur.
Metbuat.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban belə açıqlama verib. O Macarıstan parlamentində çıxışında bildirib ki, Macarıstanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsmir.
Qeyd edək ki, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini bəyan etmişdi. O bildirmişdi ki, Stokholm hökumətinin Macarıstana qarşı əsassız bəyanatlarını nəzərə alaraq yekun qərar parlamentə məxsusdur. İsveç siyasətçilərinin tənqidlərinə və iddialarına məruz qaldıqlarını qeyd edən Szijjarto, İsveçin Macarıstanın demokratik ölkə olmaması barədə bəyanatlarını xatırladıb.