6 sen 2023 12:56
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir.
Metbuat.az xəbər verir ki, bununla bağlı erməni teleqram kanallarında məlumat yer alıb. Məlumatda qeyd edilir ki, Fransa liderinin səfəri sentyabrın 9-10-da nəzərdə tutulub. O, əvvəl Ermənistana, sonra Azərbaycana səfər edəcək.
Səfərlə bağlı rəsmi məlumat yoxdur.