9 sen 2023 03:25
Fransada keçirilən Reqbi üzrə Dünya Kubokunun ilk oyunundan öncə Prezident Emmanuel Makronun çıxışı tamaşaçılar tərəfindən fitə basılıb.
Metbuat.az xəbər verir ki, Makron kürsüyə qalxarkən fit və uğultulu səslər stadionda əks-səda verib. Çaşqın vəziyyətdə olan Makron Fransa millisini dəstəkləmək çağırışı edib və bundan sonra tribunalar “Go Blue!” (Fransa komandasının qeyri-rəsmi adı – red.) şüarını səsləndirməyə başlayıblar.
Fan zonalarında da Makrona qarşı fit və etirazlar eşidilib.
Reqbi üzrə Dünya Kuboku sentyabrın 8-dən oktyabrın 28-dək Fransanın 9 şəhərində keçiriləcək. Turnirdə 20 milli komanda iştirak edir.