METBUAT.AZ

İdman

Maksim Medvedev: Bu həvəslə daha böyük uğurlar əldə edəcəyik

20 sen 2023 14:42

"Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqası qrup mərhələsinin "Molde" ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Metbuat.az xəbər verir ki,xəbər verirki, 34 yaşlı müdafiəçinin görüşlə bağlı fikirlərini bölüşüb:

"Artıq əsas işimizi görə bildik. Qrupda oynayacağıq. Avropa Liqasının qrupunda hər il nəticəyə yaxın idik. "İnter"lə oyunu deyirəm. Bu il də yaxşı imkanımız var. İstifadə edə bilərik. Futbolçular hər şeyi edəcəklər ki, daha da irəliləyək. Hazırda oyunçularda elə atmosfer yaranıb ki, hamı oynamaq istəyir, heyət genişlənib. Məşqdən də görünür ki, hamı oynamaq istəyir. İnanıram ki, belə həvəslə bu il daha böyük uğurlar əldə edə biləcəyik.

Ola bilsin ki, az oynayıram. Amma daim komanda ilə birlikdəyəm. Çalışıram ki, özümü yaxşı formada saxlayım. Oyunda ala bilmədiklərimi çalışıram ki, məşqdə alım. Uzun müddət böyük oyunlar oynamasam da, təcrübəm var, beynimdə hər şey qalıb. Uşaqlara baxanda da analiz edirəm. Daim özümü oyundakı kimi saxlayıram. Fiziki durumumu isə məşqdə düzəldirəm".


metbuat.az.