METBUAT.AZ

Siyasət

MDB Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair

16 sen 2023 12:08

Sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Metbat.az-a bildirilib ki, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

İclasda birlik ölkələrinin Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə əməliyyat-profilaktik tədbirlərin və xüsusi əməliyyatların nəticələri müzakirə edilib.

Şura iclası transmilli cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə başa çatıb.


metbuat.az.