19 sen 2023 18:19
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev açıqlamasında Qarabağı Ermənistanın "bir hissəsi" adlandırıb.
Metbuat.az xəbər verir ki, o, Nikol Paşinyanı nəzərdə tutaraq deyib:
"O müharibədə uduzdu və qəribədir ki, hakimiyyətdə qala bildi. Sonra bu məğlubiyyəti Rusiyanın üzərinə atdı. Ardınca öz ölkəsinin bir hissəsindən imtina etdi (?). NATO ilə əlaqə qurdu, arvadı isə bizim düşmənimizə (Ukraynaya) qonaq getdi. İndi təxmin edin ki, onu hansı tale gözləyir".