METBUAT.AZ

Dünya

Məhsa Əmininin əmisi həbs edildi

8 sen 2023 14:21

Məhsa Əmininin ildönümü ərəfəsində dayısı həbs edildib.

Metbuat.az “Reuters”ə istinadən xəbər veri ki, İranda təhülkəsizlik qüvvələri Məhsa Əmininin (“Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) ildönümünə günlər qalmış onun dayısı Səfa Əlini həbs edib.

Səfa Əlinin yaxınları bildiriblər ki, həbs edilməzdən bir həftə öncə təhlükəsizlik qüvvələri onu təqib edirmiş, dünən isə onu həbs ediblər.

Yaxınlarının sözlərinə görə, onun şəxsiyyət vəsiqəsi əlindən alınaraq naməlum yerə aparılıb.


metbuat.az.