1 sen 2023 17:46
Xəbər verdiyimiz kimi, Ermənistan Müdafi Nazirliyi bu gün 4 hərbçisinin öldüyünü, bir nəfərin yaralandığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, məhv edilən 2 hərbçinin adı açıqlanıb. Onlar Arsen Mkrtçyan və Andranik Antonyandır.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, adları açıqlana hərbçilər, əslində, orduda xidmət edir:
"Məhv edilən erməni hərbçilərdən Andranik Antonyan Zəngibasar (Masis) rayonunun Yengicə (Norabats) kəndinin sakinidir. 40 yaşlı Andranik orduda xidmət etmir, sadəcə, 25 günlük təlim-məşq toplantısı adı altında çağırılıb. Bu, Ermənistanın təlim-məşq toplantısı altında canlı qüvvə topladığını və təxribata öncədən hazırlaşdığını təsdiq edir".
Arsen Mkrtçyan
Andranik Antonyan