11 sen 2023 10:47
Bakı məktəblərində Pedoqoji Şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub.
Metbuat.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, məktəbli forması Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək tədbirdir və İdarə burada kommunikasiyaedici tərəfdir:
"Bu istiqamətdə çox yaxşı iş gedir. Vahid məktəbli geyimi nizam-imtizamın başlanğıcıdır. Düşünürük ki, məktəblərimiz bu sahədə də göz oxşayacaq".