23 sen 2023 09:12
Robert Menendez ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin yuxarı palatasının demokrat çoxluğunun rəhbəri Çak Şumer açıqlama yayıb.
Qeyd edilib ki, buna səbəb Amerika hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən Menendezin korrupsiya ittihamıdır.
Qeyd edək ki, ABŞ Konqresindəki senator Menendezin qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır. 400 min dollar dəyərində qiymətləndirilən qızıl külçələrinin ona Fred Daibes adlı tərtibatçı tərəfindən verildiyi iddia edilir. Daibesin federal bank ittihamları ilə üzləşdiyi üçün Menendezə rüşvət verdiyi bildirilir.