METBUAT.AZ

Mədəniyyət

Məşhur aktyorun qızının

15 sen 2023 14:31

Məşhur aktyor Mixail Ulyanovun qızı 63 yaşlı Yelena Ulyanova Moskvanın Bolşaya Bronnaya küçəsindəki mənzilində ölü tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Ulyanova sentyabrın 14-ü axşam saatlarında dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Mixail Ulyanov görkəmli rus teatr və kino aktyoru, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatları laureatıdır. Aktyor 2007-ci ildə parkinson xəstəliyindən vəfat edib.


metbuat.az.