2 sen 2023 10:41
Misirli milyarder Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, o, Londonda “Regents Park”ın yaxınlığındakı Mərkəzi məsciddə dəfn edildiyi bildirilir.
Qeyd edək ki, dünyanın ən zəngin şəxslərindən olan Məhəmməd Əl-Fayed İngiltərənin "Fulham" futbol klubunun və Londonun məşhur “Harrods” ticarət mərkəzinin sahibidir. O, 1997-ci il avqustun 31-də Parisdə Alma körpüsünün altında avtomobil qəzasında Şahzadə Diana ilə birlikdə həlak olan Dodi Əl-Fayedin atasıdır. Milyarder oğlunun ölümündə Britaniya kral ailəsini günahlandırırdı.