METBUAT.AZ

Gündəm

Messi bu komandada oynamaq istəyir

23 sen 2023 11:28

"İnter Mayami"nin kapitanı və hücumçusu Lionel Messi maraqlı açıqlaması ilə gündəmə gəlib.

Xəbər verir ki, 36 yaşlı forvard Argentina futbol komandalarından "Nyuells Old Boyz"da oynamaq arzusundan danışıb:

“Mən həmişə bunu etmək istəmişəm, xüsusən də dünya çempionu olduqdan sonra Argentina futbolundan həzz almaq üçün "Nyuells Old Boyz"da oynamaqdan həzz almaq istəmişəm. Çünki uşaq vaxtı onlar üçün oyn., - deyə Messinin sözlərini “Infobae” yayıb.

Yay transfer pəncərəsində Lionel Messi azad agent kimi "İnter Mayami"yə keçib. Futbolçu əvvəllər "Barselona" və PSJ-də çıxış edib. Messinin ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


metbuat.az.